“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Devid Bekhemin böyük oğlu Bruklin Bekhem sosial mediada valideynlərinin hesablarını bloklayıb.
İdman.Biz bildirir ki, KİV-də bu yaxınlarda Devid və Viktoriyanın oğullarını izləmədən çıxardığını bildirsə də, qardaşı Kruz bunu təkzib edib.
“Bu doğru deyil! Anam və atam heç vaxt oğullarını izləmədən çıxarmazdılar. Aydınlıq gətirmək istəyirəm: onlar bloka atılıblar, mən də”, - People Kruz Bekhemin sözlərini sitat gətirir.
Britaniya mediasına görə, Bruklin bir müddətdir valideynləri ilə danışmır. Əsas səbəb onun həyat qoldaşı - amerikalı milyarderin qızı Nikola Peltsdir. Bildirilir ki, Nikolanın Devid və Viktoriya ilə, xüsusən də ərinin anası ilə münasibətləri alınmayıb. Şayiələrə görə, Bruklin və Nikolanın toyundan sonra yeni həyat yoldaşının həyatını tamamilə öz nəzarətinə götürüb. Oğul atasını cəngavərlik tituluna görə təbrik də etməyib.