AZ

Suriya təhlükəsizlik qüvvələri İŞİD terrorçularının Dəməşq üzrə liderini saxlayıb

Suriya daxili təhlükəsizlik qüvvələrinin əməkdaşları xüsusi əməliyyat keçirərək İŞİD terror təşkilatının Dəməşq üzrə başçısını yaxalayıblar.

"Far.Az"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin vilayət idarəsinin rəisi general Əhməd əd-Dallatinin "X" sosial şəbəkəsində yaydığı bəyanatda bildirilir.

"Xüsusi bölmələrimiz hərbi kəşfiyyat və beynəlxalq koalisiya qüvvələri ilə əməkdaşlıq çərçivəsində paytaxtın Muadamiyə qəsəbəsində İŞİD-in dayağını məhv etmək üçün əməliyyat keçiriblər. Nəticədə Dəməşqdəki terrorçu qrupun başçısı Taha əz-Zuabi və bir sıra tərəfdarları həbs olunub. Onlardan partlayıcı kəmərlər və silahlar götürülüb", – bəyanatda qeyd olunur.

Əd-Dallatinin sözlərinə görə, reyd yerli sakinlərin terrorçu qrupun mövcudluğu barədə verdiyi məlumat əsasında həyata keçirilib. Onlar cinayətkarların tutulmasında hüquq-mühafizə orqanlarına yardım göstəriblər.

"Bu, İŞİD təşkilatına ciddi zərbədir və Dəməşqdə, eləcə də onun ətrafında sabitliyə qarşı istənilən təhdidə cavab verməyə hazır olduğumuzu göstərir", – general vurğulayıb.

Xatırladaq ki, 13 dekabrda Palmira bölgəsində birgə patrul zamanı suriyalı və amerikalı hərbçilər atəşə tutulmuşdu. Nəticədə iki ABŞ hərbçisi və mülki şəxslərdən olan bir amerikalı tərcüməçi həlak olmuşdu.

Seçilən
6
1
far.az

2Mənbələr