AZ

Epşteyn işi üzrə yeni sənədlər əldə edildi

ABŞ Ədliyyə Nazirliyi azyaşlıların cinsi istismarında ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin işinə potensial aidiyyəti olan yeni sənədlər əldə edib.

Publika.az xəbər verir ki, nazirlik bu barədə açıqlama yayıb.

Nyu-York ştatının Cənub dairəsi prokuroru və Federal Təhqiqatlar Bürosu ABŞ Ədliyyə Nazirliyini Ceffri Epşteyn işi ilə bağlı ola biləcək daha bir milyon sənədin aşkar edilməsi barədə məlumatlandırıb. ABŞ Ədliyyə Nazirliyi artıq bu sənədləri qəbul edib və qanunvericiliyin tələblərinə uyğun olaraq dərc olunmazdan əvvəl onların yoxlanışını aparır.

Bildirilib ki, bu materialların yoxlanılması və dərci üçün bir neçə həftə vaxt lazım olacaq.

Seçilən
20
1
publika.az

2Mənbələr