AZ

İtaliyalı mafioz mənzildə ağlagəlməz yerdə gizlənibmiş

ain.az, Oxu.az saytına istinadən bildirir.

İtaliya polisi mənzildə istilik radiatorunun arxasında düzəldilən yerdə gizlənən "Kamorra" mafiya qrupunun ən çox axtarılan üzvlərindən birini həbs edib.

Oxu.Az xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.

Məlumata görə, Çiro Andolfi 2022-ci ildən bəri Neapoldakı bir mənzildə gizlənib.

"O, axtarış aparılan mənzilin divarında ustalıqla hazırlanmış gizlənmə yerində ələ keçirilib", - deyə polisdən verilən məlumatda bildirilib.

Dərc olunmuş görüntülərdə radiatorun arxasında ortaboylu bir adamın sığa biləcəyi qədər böyük bir boşluq görünür.

Qeyd olunur ki, Andolfi İtaliyanın ən çox axtarılan 100 cinayətkarının siyahısına daxil edilib. Ələ keçən mafiozu səkkiz ildən çox həbs cəzası gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
oxu.az

1Mənbələr