AZ

Zeynəb Həsəni: “Həyatda dost yoxdur”

Müğənni Zeynəb Həsəni “Tarixin bir günü” verilişində dostluq mövzusunda fikirlərini bölüşüb.

AZXEBER.COM xəbər verir ki, Zeynəb deyib:

“İnsan dostdan xəyanət görməz. Dostlar yalan danışmaz, arxadan vurmaz. Bunlar yoxdursa, ona dost deyə bilərəm. Səhvsiz olan ancaq Allahdır. Dostumun yanında qorxmadan nəsə edə bilirəmsə və onun sabah gedib mənim haqqımda pis nəsə danışmayacağına əminəmsə, odur dost. Şübhələr varsa, o artıq dostluq deyil. Mən sevgimi bildirə bilmirəm, qəlbimdə yaşayıram.”

Zeynəb Həsəni sözləri ilə həyatdakı dostluğun səmimiyyətinə və dürüstlüyünə diqqət çəkib.

DOĞRU.AZ

Seçilən
28
2
dogru.az

3Mənbələr