AZ

İlham Rəhimli: İrəvan Dövlət Azərbaycan Dram Teatrının fərqi onun missiyasıdır

Bakı, 24 dekabr, AZƏRTAC

Truppalar şəklində fəaliyyət göstərən İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1928-ci ildə dövlət statusu alıb, 1949-cu ildə isə bağlanıb. 1952-ci ilə qədər Basarkeçər rayonunda fəaliyyətini davam etdirmiş, daha sonra yenidən fəaliyyətini dayandırıb. 1967-ci ildə teatr təntənəli şəkildə bərpa olunub. 1988-ci ilin sonu – 1989-cu ilin əvvəllərindən etibarən isə kollektiv yenidən çətin dövrlərlə üzləşib.

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli deyib.

Onun sözlərinə görə, uzun illər ərzində bu teatrın və kollektivin ayrıca binası olmayıb.

“Bina əsaslı şəkildə və yüksək zövqlə təmir edilib. Teatr müasir texniki avadanlıqlarla təchiz olunub, həm böyük, həm də kiçik zal mövcuddur. Bu şərait teatrın zəngin və əlvan repertuarla çıxış etməsi üçün hər cür imkan yaradır. Şadam ki, Xankəndi, Şuşa, Füzuli və Ağdamda dövlət teatrları yenidən pərdələrini tamaşaçıların üzünə açacaq. Bu teatrın digər teatrlardan əsas fərqi onun missiyasıdır. İlkin dövrdə daşıdığı adı belə sübut edir ki, Azərbaycan mədəniyyəti yalnız bugünkü sərhədlər daxilində deyil, ondan çox-çox uzaqlarda da mövcud olub və bu mədəniyyətin tarixi minilliklərlə ölçülür”,- deyə İ.Rəhimli əlavə edib.

Seçilən
82
azertag.az

1Mənbələr