AZ

Prezidentin qızları və gəlini internat tipli xüsusi ümumtəhsil məktəbində oldular

Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar.

Publika.az xəbər verir ki, qonaqlar məktəbdə təşkil olunan Yeni il tədbirində iştirak ediblər.

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva burada təhsil alan şagirdlərlə görüşərək onları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər.

Qonaqlar şagirdlərin çıxışlarını və rəqslərini izləyib, onların ifasında şeir və musiqi parçalarını dinləyiblər.

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva daha sonra uşaqlarla söhbət edib və şəkillər çəkdiriblər.

Seçilən
78
30
publika.az

10Mənbələr