AZ

İmam: Dini dəyərlərin insanlara daha effektiv çatdırılması ilə bağlı məsələlərin müzakirəsi vacibdir

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan Din Xadimlərinin İkinci Forumunda əsas müzakirə mövzusu dövlət–din münasibətləri, müasir dövrdə mövcud çağırışlar, qanunvericilikdən və suverenlikdən irəli gələn məsələlər oldu. Forumun hər paneli fərqli mövzulara həsr olunsa da, ümumi məqsəd bir idi. Müasir dövrdə texnologiyaların, yeni üsulların, sosial platforma və şəbəkələrin imkanlarından yararlanmaqla gənclərin maarifləndirilməsi, eyni zamanda dini maarifləndirmə məsələlərinin təhsil sistemində əks olunması müzakirə olunub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçısı, Sabunçu rayonu Şəhidlər Məscidinin imamı Şaiq Əliyev bildirib.

Onun sözlərinə görə, forum olduqca faydalı keçib, bir çox yeni və mühüm nüanslara toxunulub.

Şaiq Əliyev vurğulayıb ki, mövzuların daha geniş müzakirəsinə ehtiyac var. Xüsusilə yenilənən texnologiyalar və müasir metodlar vasitəsilə dinin təbliği, dini dəyərlərin insanlara daha effektiv çatdırılması ilə bağlı məsələlərin gələcəkdə yenidən dərindən müzakirə olunması vacibdir.

Seçilən
47
1
azertag.az

2Mənbələr