AZ

Britaniya Avropa İttifaqı ilə enerji sahəsində yeni mərhələyə hazırlaşır

Azertag saytına istinadən ain.az xəbər verir.

London, 24 dekabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəni Avropa İttifaqının “xalis sıfır” (net zero) iqlim planları ilə daha sıx əlaqələndirməyə hazırlaşır.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, Baş nazir və enerji naziri Ed Miliband Böyük Britaniyanın Aİ-nin daxili elektrik bazarına yenidən qoşulması ilə bağlı danışıqlar aparır. Sözügedən sistem Aİ-yə üzv 27 ölkə və Norveçi vahid, sərhədsiz elektrik şəbəkəsi kimi birləşdirir.

Qeyd olunur ki, Aİ Böyük Britaniyanın bu bazara qayıtmasına yalnız bərpaolunan enerji üzrə iddialı hədəflərin qəbul edilməsi şərti ilə razılıq verə bilər. Bu isə ölkənin təkcə elektrik enerjisini deyil, həm də isitmə və nəqliyyat sektorlarını sürətlə dekarbonizasiya etməsini tələb edəcək. Praktik baxımdan, bu addım “xalis sıfır” hədəflərinin faktiki olaraq ikiqat artırılması anlamına gəlir.

Planlar Leyboristlər Partiyasının Aİ ilə münasibətləri dərinləşdirmək cəhdləri fonunda gündəmə gəlib. Son həftələrdə parlamentdə Böyük Britaniyanın yenidən gömrük ittifaqına qayıdıb-qayıtmaması məsələsi də müzakirə olunub. Eyni zamanda, bu təşəbbüs Ed Milibandın elektrik şəbəkəsinin dekarbonizasiyası ilə bağlı planlarına da dəstək verə bilər. Belə ki, külək və günəş enerjisinin istehsalının azaldığı dövrlərdə Böyük Britaniyanın xaricdən elektrik enerjisi idxal etməsi asanlaşacaq.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
azertag.az

2Mənbələr