AZ

Tramp ona qarşı mənfi münasibət göstərən kanalların lisenziyalarını ləğv etmək istəyir

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp bir neçə Amerika televiziya şəbəkəsini kəskin tənqid edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

“Əgər televiziya xəbərləri və onların axşam şouları Prezident Donald Trampa, MAGA (“Make America great again” - “Amerikanı yenidən möhtəşəm edək”) hərəkatına və Respublikaçılar Partiyasına qarşı demək olar ki, 100% mənfidirsə, onların son dərəcə qiymətli yayım lisenziyaları ləğv edilməli deyilmi? Mən bəli deyərdim!”, - Tramp yazıb.

O, həmçinin CBS, ABC və NBC-də axşam əyləncə proqramlarının aparıcılarını tənqid edərək, onların istedadsızlığı, yüksək maaşları və son dərəcə aşağı reytinqlərini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
yeniavaz.com

2Mənbələr