AZ

Sxadadze hakimi təhqir edib

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadzeni cəza gözləyir. AFFA İntizam Komitəsinn növbəti iclasında bu məsələyə baxılacaq.

"Football-plus.az" xəbər verir ki, gürcü mütəxəssis Misli premyer-liqasının 16-cı turunda “Qarabağ”a qarşı keçirilən matçda hakimi təhqir edib.

Sxadadze qarşılaşmanın 41-ci dəqiqəsində Əli Əliyevin ünvanına ağır ifadələr işlədib. Həmin epizodda top “Qəbələ”nin futbolçusuna dəymədən qapı xəttini tərk edir. Lakin hakim künc zərbəsinə işarə verir. Bu qərar isə gürcü mütəxəssisi özündən çıxarır. Sxadadze hakimin qərarına etiraz olaraq onu təhqir edir.

Həmin anlar matçı yayınlayan “CBC Sport”un kameralarına düşüb. Bir müddət öncə “Neftçi”nin baş məşqçisi Samir Abasovu hakimləri təhqir etdiyi əks olunan videogörüntülərə görə cəzalandıran komitənin Sxadadzeni də 4 matçlıq diskvalifikasiya edəcəyi ehtimal olunur.

Maraqlıdı ki, ekranlara gələn bu epizod hakmlər briqadasının gözündən yayınıb.

Seçilən
18
4
football-plus.az

5Mənbələr