AZ

​“Fənərbaxça” prezidenti saxlanıldı

“Fənərbaxça” klubunun prezidenti Sadettin Saran narkotik əməliyyatı çərçivəsində ofisində saxlanılıb. Metbuat.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb. Açıqlamada deyilir ki, şübhəli Sadettin Saran haqqında davam edən istintaqın bir hissəsi olaraq, əldə edilən əlavə dəlillərə əsasən, o, narkotik maddə tədarükü, narkotik istifadəsini asanlaşdırmaq və narkotik maddələrdən istifadə etmək ittihamları ilə saxlanılıb. Məsələ barədə açıqlama verən “Fənərbaxça” klubundan bildirilib ki, istintaq hələ davam edir və proses qanunun aliliyi prinsipləri çərçivəsində, müvafiq orqanların səlahiyyətləri və məsuliyyəti altında aparılır.

Qeyd edək ki, bundan əvvəl Sadettin Saran onun barəsində irəli sürülən ittihamları rədd etmişdi.

Seçilən
18
metbuat.az

1Mənbələr