ain.az bildirir, 525.az portalına istinadən.
ABŞ-nin Delaver ştatındakı Avtomobil Nəqliyyatı Departamentinin (DMV) binasında silahlı atışma baş verib.
525.az xəbər verir ki, bu barədə Delaver ştat polisinin açıqlamasında bildirilib. Atışma zamanı polis əməkdaşı öldürülüb.
Qeyd olunub ki, atışma Vilminqton şəhərinin Hessler prospektindəki DMV binasında baş verib. Müştəri olan 44 yaşlı kişi zabitin işlədiyi qəbul masasına yaxınlaşaraq atəş açıb.
Təcavüzkar da polis əməkdaşı tərəfindən vurulub.
Hadisə ilə bağlı araşdırma başlayıb.
İbrahim Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.