AZ

Mingəçevirdə Almaniyadan gələn şəxsin 10 aylıq övladına tibbi yardım göstərməkdən imtina etdilər – VİDEO

10 aylıq uşağa xəstəxana tibbi yardım göstərməkdən imtina edib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, hadisənin Mingəçevirdə yerləşən xəstəxanaların birində baş verdiyi iddia olunur.

Bu iddia ilə uzun illər Almaniyada yaşayan Bənövşə Şirinova “Xəzər Xəbər”ə müraciət edib.

O, deyir ki, Almaniyadan yaxınlarını ziyarət üçün Mingəçevirə gəlib və 10 aylıq qız övladının səhhətində qəfildən narahatlıq yaranıb. O, uşağı Mingəçevir xəstəxanasına çatdırıb, bu zaman orada çalışan həkim Məqbulə Xəlilova körpəyə tibbi yardım göstərməkdən imtina edib və özəl xəstəxanaya müraciət edilməsini bildirib.

Şikayətçi Bənövşə Şirinova həkim barədə tədbir görülməsini istəyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
8
1
nocomment.az

2Mənbələr