AZ

Masallının daha bir kəndi içməli su ilə təmin olunub

Bakı. Trend:

Masallı rayonunun Bala Təklə kəndinə fasiləsiz içməli suverilib.

Bu barədə Trend-ə AzərbaycanDövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, bölgələrdə içməli su infrastrukturununyaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlərçərçivəsində Masallı rayonunun Bala Təklə kəndində içməli sulayihəsi icra olunub. Layihənin başa çatması münasibətilə kənddəaçılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyininsədri Zaur Mikayılov, sədrin birinci müavini Xəyyam Məmmədov,Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Agentliyinyanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət NəzarətiXidmətinin rəisi Rafiq Aslanov, Agentliyin tabeliyində olanRegional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri ZakirQuliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirakediblər.

Qeyd olunub ki, Masallı rayonu, Bala Təklə kəndindəmərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədiləQəriblər–Masallı su kəmərinin imkanlarından istifadə olunmaqlakənddaxili paylayıcı şəbəkə inşa edilib. Kəndin mövcud suşəbəkəsinin genişləndirilməsi üçün uzunluğu 4,8 km olan yeni suxətləri çəkilib və ümumilikdə 177 istehlakçı yeni su təchizatısisteminə qoşulub. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılmasıvə sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğaclarıilə təmin edilib. Layihə çərçivəsində Bala Təklə kəndində 635 nəfərəhali mərkəzləşdirilmiş içməli su təchizatı sistemi ilə təminolunub.

Masallı şəhərinin içməli su təchizatı Viləşçay su anbarındangötürülərək sutəmizləyici qurğular kompleksi vasitəsilə həyatakeçirilir. Şəhərin su təchizatı sisteminə layihə məhsuldarlığısutkada 22 000 m³ olan 1 ədəd sutəmizləyici qurğular kompleksi, 7,2km magistral xətt, 218 km daxili paylayıcı şəbəkə, hər biri 2 500m³ tutuma malik 2 su anbarı, 2 ədəd su nasos stansiyası daxildir.Eyni zamanda layihə məhsuldarlığı sutkada 7 500 m³ olan 1 ədədtullantı su təmizləyici qurğu, 6 ədəd çirkab su nasos stansiyası və217 km kanalizasiya şəbəkəsi istismar olunur.

Masallı şəhərində abonentlərin sayı 7 362, kəndlər üzrə isə 1727 olmaqla ümumilikdə rayon üzrə 9 089 abonentə xidmət göstərilir.Hazırda Masallı rayonu üzrə 2 kənd şəbəkə sistemi, 6 kənd isə bulaqsistemli şəbəkə vasitəsilə olmaqla ümumilikdə 8 yaşayış məntəqəsiiçməli su ilə təmin olunur.

Qeyd edək ki, 2026-cı il ərzində layihənin davamı olaraqKürdəbazlı və digər kəndlərdə su şəbəkəsinin tikintisi vəsayğacların quraşdırılması işlərinin icrası planlaşdırılır.

Sonda Bala Təklə kəndinin ağsaqqalları göstərilən diqqət vəqayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarınıbildiriblər.

Seçilən
46
50
az.trend.az

10Mənbələr