“Neftçi”nin və “Zenit”in keçmiş baş məşqçisi Vlastimil Petrjela Sankt-Peterburq klubunun keçmiş oyunçusu Vladislav Radimovun sözlərinə münasibət bildirib.
Publika.az xəbər verir ki, Radimov əvvəllər bildirmişdi ki, Petrjela Rusiyada işlədiyi müddətdə kazino qumarbazı olub.
“Mən bir dəfə Monakoda kazinoya getmişəm və bir neçə dəfə Sankt-Peterburqda oynamışam. Amma qumar aludəçisi deyiləm. Sonuncu dəfə kazinoda təxminən iyirmi il əvvəl oynamışam və bu, Sankt-Peterburqda olub. Boş vaxtım var idi, bəs niyə getməyək?”