AZ

Rusiyanın Ukraynaya kütləvi hücumu: NATO qırıcıları havaya qaldırdı

23 dekabr səhəri Rusiyanın Ukraynaya kütləvi hücumundan sonra Polşa hava hücumundan müdafiə vasitələrini işə salıb. Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bu barədə açıqlama verib.

İşğalçılar gecə boyunca dronlar buraxdılar və səhər saatlarında buna qanadlı raketlər əlavə edilib. İvano-Frankovsk bölgəsindəki Rovne və Burştində partlayış səsləri eşidilib.
Müttəfiq hava qüvvələri də Polşa hava məkanında əməliyyatda iştirak edib. Bəyanatda deyilir ki, qırıcı təyyarələr havaya qaldırılıb və yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri həyəcan vəziyyətinə gətirilib: “Bu hərəkətlər profilaktik xarakter daşıyır və hava məkanının təhlükəsizliyini və qorunmasını, xüsusən də təhdid altında olan ərazilərə bitişik ərazilərdə təmin etməyə yönəlib.

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı mövcud vəziyyəti izləyir və tabeliyindəki qüvvələr və vasitələr təcili reaksiya üçün hazırlıq vəziyyətindədir”, – deyə məlumatda bildirilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
38
editor.az

1Mənbələr