AZ

Volodimir Zelenskinin planında Ukrayna ordusunun Donbas bölgəsindən çıxarılması ehtimalı nəzərdən keçirilmir

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən qoşunlarını çıxarmasını təklif edir.

Lakin Ukrayna Silahlı Qüvvələri Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindəki hazırkı mövqelərində qalacaq. Zelenskinin planında Rusiyanın israr etdiyi kimi, Ukrayna ordusunun bütün Donbas bölgəsindən çıxarılması ehtimalı nəzərdən keçirilmir.

Məlum olduğu kimi, plana 20 bənd daxildir. Orada Ukraynanın NATO-ya daxil olması qeyd olunmur, lakin alyansın ABŞ və Avropa ilə birlikdə Kiyevə alyansın nizamnaməsinin 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri verəcəyi və sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 800.000 nəfər olaraq qalacağı ehtimal olunur.

“The New York Times” qəzeti bildirib ki, münaqişə zamanı Ukrayna ordusunun şəxsi heyəti təxminən 900.000 nəfərə qədər artıb. ABŞ bunu 600.000-ə endirməyi təklif etsə də, Ukrayna ilə müzakirələrdən sonra bu təklifdən imtina edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
48
editor.az

1Mənbələr