ain.az, Sportal.az saytına istinadən bildirir.
"Samsunspor"un futbolçusu Antoni Musaba Türkiyə Super Liqasında klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" niderlandlı vingerin keçidini həll edib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəghəngi Musaba üçün onun klubuna 5 milyon 750 min avroluq sərbəstqalma məbləğini ödəyəcək. 25 yaşlı oyunçu "Fənərbaxça" ilə 4,5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Samsunspor" Antoni Musabanı mövsümün əvvəlində "Şeffild Yunayted"dən 1 milyon avroya transfer edib. Niderland U-21 millisinin üzvü "qırmızı-ağlar"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.