ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
"12 günlük İsrail-İran müharihəbəsində ciddi miqdarda hərbi sursat itkisinə məruz qalan İran ballistik raket ehtiyatlarını sürətlə artırmaqdadır və müharibədən əvvəlki həcmi bərpa etməyə yaxındır. Təbii olaraq İsrail hökuməti hər zamankı kimi İranın hərbi potensialının bərpa olunması yolundakı sürətli addımlarını və nüvə layihəsinin davam etdiriləcəyinə dair İran rəsmilərinin bəyanatlarını özünə qarşı təhlükə kimi qəbul edir və bunun qarşısının alınacağını bildirir. İsrailin Baş Naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla planlaşdırılan görüşündə bu məsələni müzakirə edərək, qabaqlayıcı tədbirlərin görülməsi üçün ondan tam dəstək almaq niyyətindədir. İsrail və İran arasında düşmənçilik münasibətləri İranın İsrailə qarşı ideoloji dözümsüzlük siyasəti davam etdikcə səngiməyəcəkdir. İki dövlət arasındakı münasibətlər zaman-zaman artan gərginliklər və qısa müddətli hərbi qarşıdurmalar şəklində inkişaf edəcəkdir".Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı mümkün İsrail-İran müharibəsi barədə danışarkən səsləndirib. O deyib ki, İran düşmənləri ilə hərbi qarşıdurmanı əsasən özünün proksi qüvvələri vasitəsilə həyata keçirir:"İsrailin Hizbullaha qarşı Qəzza bölgəsindəki hərbi əməliyyatları İranın bu ölkəyə yaxından müdaxilə imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdır. Həmçinin, 12 günlük müharibə zamanı İran hakimiyyəti İsrail hərbi hava qüvvələrinin və kəşfiyyatının ölkədə nə qədər sərbəst və dəqiq əməliyyatlar keçirdiklərini düşünürəm ki, unutmayıblar. Bu baxımdan İranın birinci olaraq hərbi qarşıdurmaya gedəcəyini zənn etmirəm. İsrail isə öz növbəsində İranın nüvə obyektlərinə və kadr potensialına ciddi zərər vurmuşdur və bu proqramın qısa zamanda əvvəlki səviyyəyə çatması ehtimalı yoxdur".Elçin Ağamalı deyib ki, İranın raket istehsalı müəssisələrinin və raket ehtiyatlarının məhv edilməsi üçün isə böyük güc sərf etməyə lüzum yoxdur:"İran ballistik və digər hərbi raketlərin istehsalını kifayət qədər yaxşı mənimsəmişdir və bu yöndə itiriləcək potensialını qısa vaxtda yenidən bərpa etmək iqtidarındadır.Ümumi mənzərə ondan ibarətdir ki, İsrail-İran hərbi qarşıdurması hər zaman aktualdır. Ancaq yaxın zamanda iri miqyaslı hərbi qarşıdurmanın olacağı qənaətində deyiləm".Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.