Dekabrın 24-də Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu münasibətlə açılış mərasimi keçirilib.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Açılış mərasimindən əvvəl Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, teatrın kollektivi, mədəniyyət xadimləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri və millət vəkilləri binada yaradılan şəraitlə tanış olublar. Teatrın direktor əvəzi qonaqlara aparılan əsaslı təmir işləri, yaradılan müasir infrastruktur və imkanlar barədə məlumat verib.