AZ

Zaur Mikayılov 5 saylı Lənkəran-Astara regional bölməsinin yeni binası ilə tanış olub

Azərbaycan Dövlə Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsinin yeni inzibati binası ilə tanış olub.

Bu barədə "APA-Economics"ə ADSEA-dan bildirilib.

Tədbirdə ADSEA sədri, agentliyin məsul əməkdaşları, Xidmətin rəhbər heyəti və regional bölmənin kollektivi iştirak ediblər.

Bildirilib ki, yeni inzibati bina əməkdaşların peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara uyğun şəkildə təchiz olunub.

Binada xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi sahələr, iclas və konfrans zalları yaradılıb. İnzibati bina əsaslı təmir olunub, müasir mebel və texniki avadanlıqlarla təmin edilib, kommunikasiya və istilik sistemləri yenilənib, ətraf ərazi abadlaşdırılıb. Təhlükəsizlik məqsədilə yanğın siqnalizasiya sistemi, video-nəzarət kameraları və nəzarət-buraxılış məntəqələri quraşdırılıb.

İnzibati bina ilə tanışlıqdan sonra akt zalında iclas keçirilib. Açılış nitqində ADSEA sədri Zaur Mikayılov bildirib ki, yaradılan müasir iş şəraiti əməkdaşların peşəkarlığının, iş potensialı və səmərəliliyinin artırılmasına, eləcə də vətəndaş məmnunluğunun təmin olunmasına mühüm töhfə verəcək.

Qeyd olunub ki, bu cür şərait Xidmət əməkdaşlarından daha yüksək məsuliyyət, peşəkarlıq və qanunçuluğa sadiqlik tələb edir.

Prezident İlham Əliyevin doğum günündə bu tədbirin keçirilməsi dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına, idarəetmədə şəffaflıq və səmərəliliyin artırılmasına verilən önəmin göstəricisi kimi qiymətləndirilib.

Tədbirin sonunda vurğulanıb ki, həyata keçirilən institusional yeniliklər su ehtiyatlarının səmərəli idarə olunmasına, ətraf mühitin mühafizəsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.

Zaur Zaur Zaur Zaur Zaur Zaur Zaur Zaur Zaur
Seçilən
35
4
apa.az

5Mənbələr