Mərakeşin Afrika Millətlər Kubokunun təşkilinə görə əldə edəcəyi gəlir açıqlanıb.


Rekord.az "Əl-Ərəbiyə" telekanalına istinadən xəbər verir ki, ölkə turnirin keçirilməsinə görə 1,2 milyard dollar qazana bilər.


Mərakeşin təxminən 1 milyona yaxın xarici qonaq qəbul edəcəyi, bu səbəbdən mehmanxana sektoru, nəqliyyat, kafe və restoranların gəlirlərinin 1,2 milyard dollara qədər olacağı bildirilib. Bununla yanaşı, Mərakeşin oyunların yayım hüquqlarının satışından 22,5 milyon dollar qazanacağı qeyd edilib.


Mərakeş mətbuatının məlumatına görə, ölkə turniri keçirmək üçün infrastrukturun qurulmasına təxminən 16 milyard dollar xərcləyib.


Dekabrın 22-də startı verilən Afrika Millətlər Kuboku 2026-cı il yanvarın 18-də yekunlaşacaq.