ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilmiş “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda Azərbaycan Din Xadimlərinin II Forumunda iştirak edib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Müvəkkil respublikamızın ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkə kimi tanındığını qeyd edib.
Ombudsman Azərbaycanda dövlət və din münasibətlərinin əsasının konstitusion səviyyədə təsbit edildiyini, bütün dini etiqadların qanun qarşısında bərabər olması, hər kəsin vicdan azadlığına malik olması kimi normaların Konstitusiyamızda öz əksini tapdığını diqqətə çatdırıb.
Cari ildə Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümünün qeyd edildiyini bildirən Səbinə Əliyeva torpaqlarımızın otuz ilə yaxın davam etmiş işğalı dövründə digər infrastruktur obyektləri ilə yanaşı, azərbaycanlılara məxsus olan dini abidələrin və qəbiristanlıqların da dağıdıldığını, təhqirə məruz qaldığını və bu ərazilərdə kütləvi şəkildə minaların basdırıldığını söyləyib.
Səbinə Əliyeva Ombudsman tərəfindən məscidlərin, dini abidələrin və qəbiristanlıqların vandalizm aktlarına məruz qalmasını özündə əks etdirən faktlar barədə hesabatların hazırlandığını və dünya ictimaiyyətinin, o cümlədən müxtəlif dini icma və konfessiyaların diqqətinə çatdırıldığını qeyd edib.
Müvəkkil Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hazırda dağıdılmış məscidlərin və digər dini abidələrin yenidən qurularaq istifadəyə verilməsinə böyük diqqət ayrıldığını bildirib. Ombudsman, eyni zamanda, Azərbaycanın dünyada humanitar təşəbbüslər, dini abidələrin inşasına göstərdiyi dəstəklə tanınmasında Heydər Əliyev Fondunun xüsusi rolunun olduğunu diqqətə çatdırıb.
.jpeg)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.