AZ

Orban: Aİ parçalanma riski altındadır

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Avropa İttifaqı parçalanma vəziyyətindədir və böyük bir yenidənqurmaya məruz qalmasa, mövcudluğunu dayandıra bilər".Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib. Orban hazırkı Aİ rəhbərliyinin səhv qərarlar verdiyini bildirib."Avropa İttifaqı hazırda parçalanma vəziyyətindədir. Baş verənlər Brüssel bürokratiyasının artan bir imperiya yaratmaq istəyi ilə müşayiət olunan parçalanma prosesidir. Brüssel qərarlar qəbul edir, lakin onlar həyata keçirilmir. Əvvəlcə bir ölkə onları həyata keçirmir, sonra iki, sonra üç ölkə", - deyə baş nazir vurğulayıb.Onun fikrincə, "Avropa Komissiyası, Aİ üzv dövlətlərinin iradəsinə zidd olaraq, Avropa sənayesinə, xüsusən də kimya və avtomobil sektorlarına ciddi ziyan vuran bir proqram elan etdi. Onlar 2035-ci ildən etibarən ənənəvi benzin mühərrikli avtomobillərin istehsal olunmayacağını elan etdilər və bunun mümkün olmadığı aydın olduqda geri çəkildilər.Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
newscenter.az

2Mənbələr