AZ

“Liverpul” Barkolya variantını ön plana çıxarıb

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransanın PSJ klubunda çıxış edən 22 yaşlı hücumçu Bredli Barkolyanın adı İngiltərənin “Liverpul” komandasının transfer planlarında əsas yerlərdən birini tutur.

İdman.Biz xəbər verir ki, Mersisayd təmsilçisi hücumçunu heyətin gücləndirilməsi üçün prioritet variantlardan biri kimi qiymətləndirir və transfer ya qarşıdakı yanvar pəncərəsində, ya da gələn yay reallaşa bilər.

Mənbədə bildirilir ki, “Liverpul”un texniki heyəti fransız futbolçunun sürəti, cinahlarda oynamaq bacarığı və fərdi keyfiyyətlərini yüksək qiymətləndirir. Klub rəhbərliyi Barkolyanın komandanın hücum xəttinə dinamika qatacağı qənaətindədir.

Qeyd olunur ki, PSJ futbolçunu asanlıqla buraxmaq niyyətində deyil, lakin uyğun təklif olacağı halda transfer danışıqları mümkün hesab olunur.

Bredli Barkolya Fransa millisinin də üzvüdür və bu mövsüm PSJ-nin heyətində həm Liqa 1-də, həm də avrokuboklarda müntəzəm forma şansı qazanır. Bu da onun transfer bazarındakı dəyərini daha da artırır.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
icma.az

2Mənbələr