AZ

İş adamı sərbəst buraxıldı

Türkiyəli aktrisa Alina Bozun həyat yoldaşı, iş adamı Umut Evirgen sərbəst buraxılıb.

Ölkə.az Axşam.az-a istinadla xəbər verir ki, İstanbul Narkotik Şöbəsində gecə yarısı ifadə verən iş adamı bu gün sərbəst buraxılıb. O, Etilerdəki “Kütüphane” məkanının ona aid olmadığını və keçmişdə işlədiyi müəssisələri təhvil verdiyini bildirib.

Eyni şəkildə, məkanın sahibi Yaşar Koz da ifadəsinin ardından sərbəst buraxılıb.

Qeyd edək ki, dekabrın 18-də saxlanılanlar arasında yer alan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki daha sonra sərbəst buraxılıb. Bir neçə tanınmış sima xarici ölkələrdə olduqlarına görə barələrində axtarış qərarı verilib. Onlar arasında iş adamı Acun Ilıcalının eks-xanımı Şeyma Subaşı da var. Müğənni Yusuf Güney də saxlanılanlar arasındadır.

Evirgen isə Alina Bozun “Palamut zamanı” adlı tamaşasının nümayişi üçün getdiyi "Zorlu PSM"də tutulub.

Onu da qeyd edək ki, Alina Boz hazırda "Kuruluş Orhan" serialında çəkilir.

Seçilən
60
olke.az

1Mənbələr