ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Ermənistan mediası ABŞ-ın vitse-prezidenti J.D.Vensin 2026-cı ilin fevralında İrəvana səfər edə biləcəyi barədə xəbər yayıb.Məlumatlarda qeyd olunur ki, həmin günlərdə Meğridə TRIPP layihəsinin (Zəngəzur dəhlizi) təməlqoyma mərasimi gözlənilir və ABŞ-ın yüksək vəzifəli rəsmilərinin mümkün səfəri bununla əlaqələndirilə bilər.
Modern.az xəbər verir ki, Ermənistan KİV-i məsələyə münasibət öyrənmək üçün Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, "Ermənistana planlaşdırılan yüksək vəzifəli səfərlər barədə vaxtında və müvafiq məlumat veririlir".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.