Orban Avropa Birliyinin dağılacağını proqnozlaşdırıb
Macarıstanın Baş naziri Viktor Orban "Magyar Nemzet" qəzetinə verdiyi müsahibədə bildirib ki, Avropa İttifaqı parçalanma vəziyyətindədir və böyük bir yenidənqurma olmadan mövcudluğunu dayandıra bilər. O qeyd edib ki, hazırkı Aİ rəhbərliyinin səhvləri birliyin parçalanmasına və üzv dövlətlərə bürokratik təzyiqin artmasına gətirib çıxarır.
Macarıstanın baş naziri Brüsselin qərarlarının çox vaxt yerinə yetirilmədiyini qeyd etdi: əvvəlcə bir ölkə, sonra iki və ya üç ölkə tərəfindən.
"Aİ qərar qəbul edənləri daim geri çəkilməyə məcbur olurlar. Bu, ağırlıqqaldıranın ştanq qaldırmasına bənzəyir, amma onu qaldıra bilmir və sonda yerə salır", - deyə Orban bildirib.
O, benzinlə işləyən avtomobillərə qoyulan qadağanın ləğv edilməsini və immiqrasiya siyasətindəki problemləri, Macarıstanın cərimələnməsini, digər ölkələrin isə oxşar davranışa görə təşviq almasını nümunə göstərib. Onun sözlərinə görə, "Avropa Birliyi daim dövlətlərin suverenliyini məhdudlaşdırır, əldə etdiyi səlahiyyətlərdən istifadə edə bilmir", bu da Orbanın fikrincə, Brüsseldə xaos yaradır. O, xəbərdarlıq edib ki, sürətli və dərin islahatlar olmadan birlik geri dönüşün mümkün olmadığı bir nöqtəyə çatacaq.
aia.az
Tərcümə şöbəsi