Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
AzVision.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumu çərçivəsində jurnalistlərlə müsahibəsində dilə gətirib. O bildirib ki, Türkiyənin Dəyanət İşləri Rəhbəri Safi Arpaquş özünün ilk rəsmi səfərində forumla əlaqədar məhz Azərbaycana gəlib: "Bu forum başqa ölkələrdə keçirilən din xadimləri forumlarından fərqlənir. Burada yalnız müəyyən dini konfessiyanın nümayəndələri yox, Azərbaycanda fəaliyyət göstərən bütün dini qurumların xadimləri iştirak edirlər. Forumda Qafqaz Müsəlmanları İdarəsi, islam dini icmaları, müxtəlif xristian icmaları, o cümlədən Rus və Gürcü Pravoslav Kilsələri, lüteran və digər protestant icmaları təmsil olunublar. Azərbaycanın yəhudi icmaları, Baha və Krişna şüuru dini icmaları və digər kiçik icmalar da forumda iştirak edirlər". Gündüz İsmayılov vurğulayıb ki, forumda ölkənin bütün bölgələri təmsil olunur: "Müzakirə mövzuları arasında panellərdə dövlət-din münasibətləri, dini təhsil, multikulturalizm və tolerantlıq, qadın hüquqları kimi aktual məsələlər var. Panel iştirakçıları arasında dövlət məmurları, millət vəkilləri, islam və qeyri-islam dini konfessiyalarının nümayəndələri, eləcə də xarici qonaqlar var". Sədr müavininin verdiyi məlumata əsasən, 2025-ci il ölkəmizdə suverenliyin və ərazi bütövlüyünün 5-ci ildönümünə, həmçinin Konstitusiyamızın qəbul edilməsinin 30 illiyinə həsr olunub: "Forum çərçivəsində bu mövzulara da toxunulur". AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.