AZ

İndira Hacıyeva: İnformasiya axını gənclərdə dəyər anlayışını zəiflədir

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: Müasir metod və innovativ yanaşmalar" mövzusunda panel müzakirəsində gənclər və idman nazirinin müavini İndira Hacıyeva söyləyib. Onun sözlərinə görə, müasir dövrdə informasiya axını fasiləsizdir: "Gənclər düşüncə mərhələsində olan insanlardır. Bu proses onların daxili dünyasında dəyişkənliyin başlaması ilə nəticələnir Bugünkü gənclər – 1990-cı və 2000-ci illərdə doğulan nəsil çox sürətli və nəzarətsiz informasiya mühitində böyüyüb. Onlara bir məlumat çatmamış, başqası təqdim olunur. Belə bir vəziyyətdə dərin düşünmə və dəyər formalaşdırma imkanını zəiflədir". AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
azvision.az

1Mənbələr