Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya Prezidenti Vladimir Putinin təbrik teleqramını mediadan öyrəndiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Hamısı heyrətamizdir. Kremlə mükafatlandırma mərasiminə, ad gününə və ildönümünə dəvət olunmağım çox təsadüfdür. Xəbərlərdən prezidentin hətta mənə teleqram göndərdiyini öyrəndim", - deyə o bildirib.
Diplomat Kremldəki mükafatlandırma mərasimini valideynlərinə həsr edib.