AZ

Mamdani fələstinlilərə qarşı irqçiliklə mübarizə aparacağına söz verdi

Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-da Nyu-York şəhərinin yeni seçilmiş meri Zöhran Mamdani vəzifəyə başladıqdan sonra fələstinlilərə qarşı islamofobiya və irqçiliklə mübarizə aparacağına söz verib.Turkustan.az xəbər verir ki, Mamdani 13 dekabrda universitetdə baş verən atışmadan sonra Braun Universitetində təhsil alan fələstinli tələbəyə qarşı atılan böhtanla bağlı sosial media hesabında açıqlama verib.Mamdani bildirib ki, internetdəki "sui-qəsd nəzəriyyəçiləri" Braun Universitetinin fələstinli tələbəsi Mustafa Xarbuşu "kəffiyyə geyinmiş şəklinə görə" silahlı hücumda haqsız yerə günahlandırıblar və Xarbuşu buna görə ölüm təhdidləri, müsəlman və fələstin əleyhinə irqçiliklə üzləşdiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
icma.az

2Mənbələr