AZ

Makron ABŞ ni Avropanı qorxutmaqda ittiham ETDİ

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Makron X sosial şəbəkəsində ABŞ hakimiyyətinin keçmiş Avropa Komissarı, daxili bazar və rəqəmsal xidmətlər üzrə komissar Tiyerri Breton və digər bir neçə avropalıya ABŞ-yə giriş yasağı tətbiq etməsini tənqid edib. O bildirib ki, bu addım Avropa İttifaqının rəqəmsal suverenliyinə qarşı “qorxutma və təzyiq aktıdır”.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Fransız lider vurğulayıb ki, ABŞ tərəfindən tənqid olunan Avropa rəqəmsal qaydaları Avropa Parlamentinin və Avropa Şurasının demokratik proses nəticəsində qəbul etdiyi qanunlardır və bu qanun platformalar arasında ədalətli rəqabəti təmin edir.

Daha əvvəl Fransanın Xarici İşlər naziri Jan-Nol Barro da ABŞ-ın Breton və digər avropalılara qarşı tətbiq etdiyi sanksiyaları qətiyyətlə pisləyib. Nazir qeyd edib ki, rəqəmsal xidmətlər haqqında qanun Avropada demokratik şəkildə qəbul olunub və ABŞ-yə təsir etmir.

ABŞ-nin 24 dekabr tarixli açıqlamasında isə Dövlət katibinin müavini Sara Rodjers Tiyerri Breton və digər dörd nəfərə vizaların məhdudlaşdırıldığını bildirib. Sanksiyalar Bretonun ABŞ şirkətləri və ictimai fiqurlara qarşı senzura cəhdlərində ittiham olunması ilə əlaqədardır.

Bu qərar Avropada ABŞ ilə 80 illik alyansda parçalanma ehtimalı barədə narahatlıqları artırıb.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
redaktor.az

2Mənbələr