AZ

Ankarada qəzaya uğrayan təyyarənin qara qutusu neytral ölkədə araşdırılacaq

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Liviya nümayəndə heyətini daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı açıqlama verib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir qəza səbəbinin müəyyənləşdirilməsi məqsədilə təyyarənin səs yazan cihazı və uçuş məlumatlarını qeyd edən “qara qutu”nun neytral ölkədə araşdırılacağını bildirib.

“Qəzanın səbəbinin müəyyən edilməsi üçün səs qeyd cihazı və uçuş məlumatlarını qeyd edən cihazın araşdırılması neytral bir ölkədə aparılacaq”, – nazir vurğulayıb.

Seçilən
33
apa.az

1Mənbələr