Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bəzi insanlar gələcəyi təmin etmək üçün daşınmaz əmlaka, digərləri isə qızıla yatırım edir. Bəs kriptovalyuta almaq gələcək üçün ağıllı və etibarlı yatırım hesab oluna bilərmi? Hansı kriptovalyutanı almaq tövsiyə olunandır?
Kriptovalyuta üzrə ekspert Elnur Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, kriptovalyutalar hazırda yüksək riskli lakin uzunmüddətli perspektivdə potensial gəlir vəd edən alternativ investisiya aləti kimi qiymətləndirilir:
“Kriptovalyuta nə daşınmaz əmlak kimi toxunulasıdır, nə də qızıl kimi min illik reputasiyası var. Buna baxmayaraq, kriptovalyutalar artıq “oyuncaq” mərhələsini keçib və qlobal maliyyə sisteminin alternativ elementi kimi formalaşıb. Qlobal inflyasiya təzyiqləri, geosiyasi qeyri-sabitlik və ənənəvi maliyyə sisteminə etimadın azalması fonunda kriptoaktivlərə maraq artmaqdadır”.
E.Quliyevin sözlərinə görə, hazırkı mərhələdə investorlar üçün üzünmüddətli yatırım üzrə kriptovalyuta bazarının əsas dayaqları olan "bitcoin" və "ethereum" hesab edilir:
“Bitcoin” kripto bazarının “qızılıdır”. Təklifi məhduddur, institusional maraq artıb, ETF-lər vasitəsilə ənənəvi maliyyəyə daxil olub. Qlobal qeyri-müəyyənlik dövründə riskli olsa da, uzunmüddətdə ən dayanıqlı kripto aktivdir. “Ethereum” təkcə valyuta deyil, bütöv ekosistemdir. DeFi, NFT, tokenləşmə, ağıllı müqavilələr bu platformanın üzərində qurulub. Qlobal maliyyənin rəqəmsallaşması davam etdikcə ETH texnoloji baxımdan güclü mövqedə qalır. Gələcəkdə hansının daha çox yüksələcəyini bazar və texnologiya göstərəcək. Amma bir həqiqət var ki, BTC rəqəmsal qızıl, ETH isə rəqəmsal iqtisadiyyatın infrastrukturudu. İnvestorlar üçün BTC sabit və konservativ seçimdir, ETH isə riskli, amma daha böyük qazanc şansı olandır. Əsas büdcəyə uyğun və itirməyi gözə aldığınız məbləğdə kapital investisiya etməyinizdir”.
Sevinc İbrahimzadə / Metbuat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.