AZ

Sabahdan Bakı və Sumqayıtda Yeni il yarmarkaları fəaliyyətə başlayır

Sabahdan etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə Bakının daha yeddi ərazisində və Sumqayıt şəhərində "Kənddən Şəhərə" Yeni il yarmarkaları keçiriləcək.

Qaziler.az nazirliyə istinadən xəbər verir ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan yarmarkalar Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində (köhnə "Şərq bazarı"nın yaxınlığı), Bakıda isə "Əhmədli", "Xalqlar Dostluğu", "Neftçilər", "Qara Qarayev", "Nəriman Nərimanov", "Elmlər Akademiyası" və "Azadlıq" metro stansiyalarının yaxınlığında fəaliyyət göstərəcək. "Kənddən Şəhərə" yarmarkaları dekabrın 29-dək davam edəcək.

Yarmarkaların təşkilində əsas məqsəd fermerlərin satış imkanlarını genişləndirmək, regionlardan gətirilən yerli məhsulları daha çox istehlakçıya çatdırmaq, bayram günlərində vətəndaşların keyfiyyətli, təbii və yerli məhsullara rahat çıxışını təmin etməkdir. Layihə çərçivəsində xüsusilə kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışının təmin olunmasına xüsusi önəm verilir.

Yarmarkalarda ölkənin 40-a yaxın regionundan iştirak edəcək 160-a yaxın fermer öz təsərrüfatlarında yetişdirdikləri 150-dən artıq çeşiddə məhsulu satışa çıxaracaqlar.

Qeyd edək ki, təşkil olunan yarmarkalarda fermerlər satış üçün yer, piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

Seçilən
14
9
qaziler.az

10Mənbələr