AZ

Samuxda ağacəkmə aksiyası keçirilib

24 dekabr 2025-ci il tarixdə Samux rayonunda "Konstitusiya və Suverenlik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Samux rayonunun Ziyadlı kəndində Samux-Kür yolunun ətrafında keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Aksiya çərçivəsində rayonun iqlim şəraitinə uyğun gələn 300 ədəd həmişəyaşıl ağaclar əkilib və yeni əkilmiş ağaclara da müasir damlama suvarma sistemi qurulub.

Ağacəkmə aksiyası ətraf mühitin qorunması və ekoloji tarazlığın bərpası baxımından böyük əhəmiyyət daşıyan ictimai təşəbbüsdür. Bu cür aksiyaların əsas mahiyyəti rayonda yaşıllıq sahələrinin artırılması, havanın keyfiyyətinin yaxşılaşdırılması, torpaq eroziyasının qarşısının alınması və iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılmasından ibarətdir.

Bu aksiyalar yalnız ekoloji deyil, həm də sosial və tərbiyəvi mahiyyət daşıyır. Xüsusi ilə gənclərin və könüllülərin ağacəkmə prosesinə cəlb olunması onlarda təbiətə qayğı, məsuliyyət və vətəndaşlıq şüurunu formalaşdırır. Birgə fəaliyyət cəmiyyətdə həmrəylik və ekoloji mədəniyyətin inkişafına töhfə verir.

Seçilən
5
1
yeniazerbaycan.com

2Mənbələr