AZ

“Old Trafford”da təmir işləri aparılacaq

“Mançester Yunayted” yay aylarında “Old Trafford” stadionunda təmir işləri aparmağı planlaşdırır.

Apasport.az “Daily Mail”ə istinadən xəbər verir ki, əsas məqsəd arenanın damında yaranan sızmaların aradan qaldırılmasıdır.

Bildirilir ki, təmir çərçivəsində drenaj sistemi yenilənəcək. Bu addım su axınlarının tutulmasının və yağış sularının damda yığılmasının qarşısını almağa xidmət edəcək. Bundan əlavə, stadionun ot örtüyündə əsaslı bərpa işləri aparılacaq, ehtiyat oyunçular oturacaqları isə UEFA-nın yeni tələblərinə uyğun şəkildə yenilənəcək.

Son dövrlərdə “Old Trafford”da siçanların meydançada görünməsi, damdan su axması və mətbəx divarlarında yağ izləri kimi problemlər tez-tez gündəmə gəlirdi. 

"Atletik" "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə cəzalandırılıb

Almaniya millisinin sabiq üzvü faciəvi şəkildə həlak olub

“Barselona” mərkəz müdafiəçisi axtarışındadır: üç namizəd var

Braziliya millisinin üzvü karyerasını vətənində davam etdirəcək

Türkiyə klubu fələstinli hücumçu ilə maraqlanır

Seçilən
22
1
apasport.az

3Mənbələr