Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, dosent Elviz İsmayılov ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə gətirilib. O, indiyədək həmin vəzifəsini müvəqqəti icra edirdi.
E.İsmayılov daha əvvəl universitetin İT Mərkəzinin direktoru işləyib.
Telegram kanalımız