Bakı. Trend:
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoşarzularımı qəbul etməyinizi xahiş edirəm.
Macarıstanın həm sülh dövründə, həm də son onilliklərdəki böhrandövründə Azərbaycana güvənə bilməsinə görə minnətdarlığımıbildirirəm. İkitərəfli münasibətlərimiz ildən-ilə daha dagüclənməkdə davam edir. Əməkdaşlığımız genişlənərək bir çox əsassahəni, xüsusilə də enerji sektorunu əhatə edir.
Zati-alinizin şəxsi töhfələri sayəsində xalqlarımız arasındamünasibətlərdə yeni bir dövr başlanmışdır və buna görə Sizə dərinminnətdarlığımı bildirirəm.
Sizi əmin etmək istərdim ki, hökumətim tərəfdaşlığımızındərinləşməsinə və xalqlarımızın ortaq maraqlarının irəliləməsinəsadiqdir.
Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə uğurlararzulayıram".