AZ

Amerikalı alim Əlyazmalar İnstitutunun qonağı olub

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 dekabr, AZƏRTAC

Amerikanın Berri Kollecinin tədqiqatçısı tarix üzrə fəlsəfə doktoru, dosent Kelsi Rays AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qonaq olub.

Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan bildirilib.

Elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri dosent Əkrəm Bağırov qonağa institutun əsas fəaliyyət istiqamətləri, burada qorunan əlyazmalar, onların tətbiqinə dair görülən işlər haqqında məlumat verib.

Amerikalı Azərbaycanşünas alim XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində yaşamış Azərbaycan elm və mədəniyyət xadimlərinin Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materialları ilə maraqlanıb, ölkəmizi və Əlyazmalar İnstitutunu Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti haqqında araşdırmalar aparmaq məqsədilə ziyarət etdiyini bildirib. İnstitutun oxu zalında Elmi xidmət şöbəsinin müdiri dosent Nailə Mustafayeva alimə araşdırma aparması üçün müvafiq şərait yaradıb.

Daha sonra qonağa institutun Ekspozisiya zalında sərgilənən qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu barədə ətraflı məlumat verilib. Amerikalı tədqiqatçı Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Demokratik Respublikasının Parlamenti və böyük mesenat Hacı Zeynalabdin Tağıyev guşələri ilə də tanış olub.

Sonda Kelsi Rays Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
azertag.az

1Mənbələr