Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Leon Qoretska karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Atletiko" yayda azad agent statusunda olacaq almaniyalı futbolçunu heyətində qatmaq istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Madrid klubunun rəsmiləri artıq Qoretskanın meneceri ilə əlaqə saxlayıb və onun müqavilə şərtləri ilə bağlı məlumat toplayıb. "Atletiko"nun 30 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Leon Qoretska bu mövsüm "Bavariya"nın heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi