Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə yaranacaq.
ONN media xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, qaz sızmasının aradan qaldırılması məqsədilə Sumqayıt şəhəri, 10-cu mikrorayonda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 1000 abonentin qaz təchizatı 16:30-dan etibarən, müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta