AZ

Deputat: Xalq öz Liderinin yanındadır

"Cənab Prezident İlham Əliyev dünyada az saylı liderlərdən biridir ki, dövlət dediyimiz zaman da, xalq dediyimiz zaman da ağıllara gələn birinci ad Onun adıdır. Çünki, dövlətin idarəçilik mexanizminin sağlam əsaslarda qurulması və idarə edilməsi qədər, eyni zamanda xalqa xidmət də dövlət başçımızın adı ilə bağlıdır. Cənab Prezident İlham Əliyevin verdiyi hər qərar, atdığı hər addım, reallaşdırdığı hər səfər, imzaladığı fərman və sərəncamların hər biri Azərbaycan xalqının maraqları ilə səsləşir. Şübhəsiz ki, bu isə ondan xəbər verir ki, deməli, dövlət və xalq hər zaman bir yerdədir. Bunu sübut edən amil isə sadəcə dövlət başçımızın yürütdüyü siyasət deyil, bu siyasətə xalqımızın verdiyi reaksiyasıdır".

Bu fikirləri Hit.az-a millət vəkili Aydın Hüseynov deyib.

388583

O qeyd edib ki, Qarabağda dövlət başçımızın ad gününü məhz xalqla qeyd etdiyi zaman region əhalisinin dövlət başçımızın ünvanına səsləndirdiyi fikirlər ondan xəbər verir ki, xalq öz Liderinin yanındadır: 

"Onun bu sadə, təvazökar həyat tərzini xalqımız yüksək dəyərləndirir və bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq olması, hər zaman xalqın yanında olması, xalqın dərdinə şərik olması bir daha dövlət başımızın insan amilinə verdiyi dəyərdən, özünü xalqdan biri kimi gördüyündən xəbər verir. Müzəffər Liderimizin 64-cü ad günü münasibətilə onu təbrik edir, gələcək fəaliyyətində silsilə uğurlar arzu edirik".

Sevinc

Seçilən
19
hit.az

1Mənbələr