Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin ad günü münasibətilə paylaşım edib.
Vətəninfo.az xəbər verir ki, Saakaşvili İlham Əliyevi “Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu” adlandıraraq onun tarixi rolunu xüsusi vurğulayıb.
Paylaşımda qeyd olunur ki, İlham Əliyev Azərbaycan torpaqlarını işğaldan azad etməklə və bölgədə sülhü bərqərar etməklə ölkəni beynəlxalq siyasətdə obyekt olmaqdan çıxarıb, mühüm subyektə çevirib. Saakaşvilinin fikrincə, müasir tarixdə çox az sayda dünya lideri bu miqyasda nailiyyətlərlə öyünə bilər.
Sabiq prezident bildirib ki, İlham Əliyev öz adını tarixə qızıl hərflərlə yazıb və onun fəaliyyəti əsrlər boyu xatırlanacaq. O, Azərbaycan Prezidenti ilə dostluq və sıx əməkdaşlıq etdiyini vurğulayaraq, İlham Əliyevin bu gün də xalqının ləyaqətini qətiyyətlə qoruyan lider nümunəsi göstərdiyini qeyd edib.
Saakaşvili paylaşımını İlham Əliyevə uzun ömür və Azərbaycana rifah arzuları ilə tamamlayıb.