AZ

"Şəfa"nın zədəliləri sıraya nə vaxt dönəcəklər?

1-ci Liqanın təmsilçisi "Şəfa"nın zədəli futbolçularının aqibətinin necə olacağı müəyyənləşib.

Bu barədə Fanat.Az-a komandanın baş məşqçisi Elgiz Kərəmli məlumat verib.

Söhbət 2-ci turda biləyi sınan qapıçı Əlirza Müştəbazadədən və "Zaqatala" ilə 10-cu turun oyununda (1:1) rəqiblə mübarizə zamanı ciddi xəsarət alan Urfan İsmayılovdan gedir.

Hər iki oyunçunun qış toplanışında Bakı təmsilçisinə qoşulacağı gözlənilir.

Qeyd edək ki, 27 xalı olan "Şəfa" turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub. Sözügedən kollektiv 12-ci tur çərçivəsində sabah MOİK-lə üz-üzə gələcək.

Nihat  
 

Seçilən
8
1
fanat.az

2Mənbələr