Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Tələbələrin çoxu artıq test üsulu ilə imtahan verməyə kökləniblər. Biz kurikulum sisteminə keçəndən sonra KSQ-lər, BSQ-lər, aralıq qiymətləndirmələr, buraxılış imtahanları - bütün bunların hamısı test üzərindən olduğuna görə tələbələr daha çox testə alışıb".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli ali təhsil müəssisələrinin bəzilərində semestr imtahanalarının test formasında təşkil olunmasından danışarkən bildirdi.
"Testə alışdıqlarından çox arzulayırlar ki, imtahan test üsulu ilə olsun. Sualların da ən azı düzgün-səhv versiyaları var ki, ehtimalla müəyyən qədər özlərini bu məsələdə doğruldurlar. Amma daha yaxşı olardı ki, imtahanlar həm yazılı - bir az onların yazı qabiliyyətini artırmaq üçün, - həm də şifahi olsun. Bu kimi məsələlərə üstünlük verilsə, tələbələrin potensialı və imkanları bir qədər artmış olar. Düşünürəm ki, ali təhsil müəssisələrində imtahanları həm yazılı, həm də şifahi şəkildə qəbul etmələri daha məqsədəuyğun olar", - deyə o qeyd etdi.
Aytəkin TOFİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.