Hurriyyet.az xəbər verir ki, Gürcüstan Respublikasının keçmiş Prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili öz "Feysbuk" səhifəsində Azərbaycan Prezidenti İlham ƏLiyevi ad günü münasibəti ilə təbrik edib.
Saakaşvili yazıb: "Bu gün Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu İlham Əliyevin doğum günüdür.
İlham bizim hamımızın arzuladığı hər şeyə nail oldu: o, Azərbaycan torpaqlarını azad etdi və sülhü bərqərar etdi, Azərbaycanı bir obyektdən dünya siyasətində çox vacib subyektə çevirdi.
Ən yeni tarixdə dünya liderlərindən çox azı bu cür nailiyyətlərlə öyünə bilər. İlham Heydər oğlunun öz adını tarixə qızıl hərflərlə yazdığını və əsrlər boyu xatırlanacağını söyləmək olar.
Prezident Əliyevlə dost olmaq və sıx əməkdaşlıq etmək fürsətim olduğu üçün fəxr edirəm. Və bu gün o, hamı üçün - bütöv xalqın ləyaqətini qorumaqda dürüstlük və sarsılmazlıq nümunəsidir. Əsl lider məhz belə olmalıdır - o, axının əksinə getməkdən və nəticə əldə etməkdən çəkinməyən biridir.
Ona uzun ömür və ölkəsinə firavanlıq arzulayıram".
Hürr Tərcüman