Amnistiya aktı "Nikosayağı" ləqəbi ilə tanınan bloqer Nicat Şakirliyə şamil olunmayıb.
Hurriyyet.az metbuat.az-a istinadla xəbər verir ki, bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.
Xatırladaq ki, Nicat Şakirli 2023-cü ilin avqustunda idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına çırpılıb. Qəza zamanı avtomobildə olan dostu Ruslan Məmmədov həyatını itirib. N.Şakirli isə ağır xəsarətlər alıb və sağ qolu dirsəkdən amputasiya olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, ötən il "Nikosayağı" ləqəbi ilə tanınan N.Şakirli 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini məqsədəuyğun sayıb.